"Facebook" yüzlərlə hesabı sildi

1 İyul 2020 08:40

ABŞ-ın "Facebook" şirkəti ölkənin ekstremist hərəkatı ilə əlaqəli olan 300-dən artıq hesabı bağlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin müvafiq bəyanatında deyilir.

Məlumata əsasən, "Facebook" və "İnstagram" sosial şəbəkələrində "Boogaloo" adı ilə tanınan ekstremist hərəkatla əlaqəli 300-dən artıb hesab və 100-dən artıq qrup bağlanıb.

Bundan əlavə, oxşar məzmunlu paylaşımlar edən təxminən 500 qrup da bağlanıb.

Milli.Az