Misirdə yeni qızıl yatağı aşkar edilib

1 İyul 2020 07:48

Misirin şimal-şərqində yeni qızıl yatağı aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Neft və Təbii Ehtiyatlar Nazirliyi bildirib.

Qeyd olunur ki, qızıl yatağı Şərqi səhrada, İkat rayonunda aşkar olunub. Qızıl yatağının ehtiyatları 1 milyard unsiya həcmində qiymətləndirilir.

Yataqda qızıl hasilatı dərəcəsi 95 faizə bərabərdir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Nazirlik növbəti on il ərzində bu sahəyə bir milyard dollardan çox vəsaitin cəlb olunacağını deyib.

Milli.Az