Olimpiya mükafatçısı olan idmançımız rəis təyin edildi

30 İyun 2020 21:44

Olimpiya mükafatçımız Mövlud Mirəliyevə vəzifə verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Pekin Olimpiadasının mükafatçısı Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi təyin edilib.

Qeyd edək ki, cüdo üzrə Olimpiya və dünya üçüncüsü olmuş Mövlud Mirəliyevin samboda da nəticəsi olub.

Özbəkistan doğumlu Mirəliyev sambo üzrə dünya və ikiqat Avropa çempionudur. O həm də polis mayorudur.

Milli.Az