"Liverpul"da ciddi itki

30 İyun 2020 21:29

İngiltərə Premyer Liqasında mövsümün qalibi olan "Liverpul" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Joel Matip sıradan çıxıb. Premyer Liqanın 30-cu turunda "Everton"la matçda (0:0) ayağından zədələnən Matip mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Liverpul"un Premyer Liqada 7 oyunu qalıb.

Milli.Az