Qazaxda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb

30 İyun 2020 21:26

Qazaxda 2 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az