Bu xəstələr xüsusi nəqliyyat vasitəsilə evlərinə çatdırılacaqlar

30 İyun 2020 19:45

Əgər özündə COVİD-19 xəstəliyinin əlamətini hiss edən insan poliklinikaya gələcəksə, onu oradan qovmayacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, belə şəxslər COVİD məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq:

"Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsilə evlərinə çatdırılacaqlar".

Milli.Az