Evdə müalicə alan COVİD-19 xəstələrinin sayı hələ ki, bəlli deyil. Lakin artıq statistika yeni yanaşma ilə aparılmağa başlanır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, COVİD-19 xəstəliyindən əziyyət çəkmiş və xəstəxanada müalicə olunan xəstələr evə yazılarkən onlara ambulator müalicə təyin edilir. Bu xəstələr sahə həkiminin nəzarəti altında aparılır:
"Beləliklə, həmin xəstələr yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və ətraf qəsəbələrdə 2000-ə yaxın şəxs poliklinika nəzarətindədir. Amma bundan sonra poliklinika tərəfindən qeydiyyata alınan, aktiv nəzarətə götürülən, yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq".
Milli.Az