Kimsə xəstəliyə yoluxubsa bu barədə məlumat verməlidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, evdə özünü xəstə hiss edən şəxslər mütləq müraciət etməlidir: "Artıq poliklinikalarımız bu barədəxhazır vəziyyətə gətirilib. Biz evdə kiminsə yoluxmasını bilə bilmərik. Bunin üçün vətəndaş evindəkilərini nəzərə almalı və müraciət etməlidir".
Milli.Az