Azərbaycan ilə digər ölkələr arasında hava reysləri nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA

30 İyun 2020 18:51

Azərbaycan ilə digər ölkələr arasında hava reyslərinin açılmasına baxıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

Onun sözlərinə görə, Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər.

H.Hacıyev vurğulayıb ki, ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər.

PA rəsmisi əlavə edib ki, İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur.

Milli.Az