Ramin Bayramlı istefa verib? - RƏSMİ AÇIQLAMA

30 İyun 2020 18:44

TƏBİB rəhbəri Ramin bayramlı istefa verməyib və hazırda iş başındadıdr.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-də Covid-lə mübarizə ilə bağlı hazırda layihələr həyata keşirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir: "Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVİD-lə mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır".

Milli.Az