Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq - RƏSMİ

30 İyun 2020 18:36

Evdə müalicə olunan COVİD-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bu dərmanlar qeydiyyatda olan xəstələrə veriləcək.

N.Zeynalov bildirib ki, ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq.
ev şəraitində müalicə edilənlər COVİD-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir.

Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən, vitaminlərlə müalicəsi nəzərdə tutulur.

O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib.

Milli.Az