Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

30 İyun 2020 18:22

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 22 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Milli.Az