Bu addımdan sonra Feysbuk və Tvitter səhmləri 7% ucuzlaşıb

2 İyul 2020 23:10

"Unilever" reklamdan imtina etdikdən sonra Feysbuk və Tvitter səhmləri 7% dəyərdən düşüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, beynəlxalq "Unilever" şirkətinin ABŞ-dakı sosial şəbəkələrdə reklamın dayandırılması barədə qərarından sonra Feysbuk və Tvitterin səhmləri 7% azalıb.

"Unilever" ABŞ-dakı Feysbuk, Tvitter və İnstaqramdakı reklamların "qütblü atmosfer"ə görə dayandırıldığını elan edib.

Qeyd edək ki, şirkət bu ilin sonuna qədər sözügedən platformalarda reklamı dayandıracaq.

Milli.Az