Feysbuk bir neçə saat ərzində Bitkoin kapitallaşmasının 1/3 hissəsini itirdi

2 İyul 2020 22:40

Feysbuk bazar kapitallaşmasının 56 milyard ABŞ dollar azaldığını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbukda reklam verən şirkətlərin boykotu davam edir.

Hazırda şirkətin Bitkoin kapitalı 167 milyard dollar təşkil edir.

Qeyd edək ki, Coca-Cola, Verizon, Unilever və bir sıra iri korporasiyalar Feysbuk və ona aid platformalarda reklam yerləşdirilməsinin dayandırdıqlarını bəyan ediblər. Reklam boykotu platformanın irqçilik və zorakılıq kimi mövzularda paylaşımların nizamlamamasına görə baş verib.

Milli.Az