Feysbuk bu paytaxtın ad yazılışını dəyişdirib

30 İyun 2020 22:05

Feysbuk sosial şəbəkəsi Ukraynanın paytaxtı Kiyev şəhərinin ingilis dilində yazılma qaydasını dəyişdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən sosial şəbəkə "Kiev" yerinə "Kyiv" sözündən istifadə etməyi təklif edəcək.

Beləliklə, sözün transliterasiyası rus dilindən deyil, Ukrayna dilində olacaq.

Milli.Az