Jet Propulsion Laboratory nədir?

30 İyun 2020 23:05

Jet Propulsion Laboratory (JPL) NASA-nın qərargahındakı tədqiqat və inkişaf laboratoriyasıdır.

29 İyul 1958-ci ildə ABŞ Prezidenti Duayt Eyzenhower tərəfindən qurulan Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) fərqli vəzifələrə yönəlmiş bir neçə bölmədən ibarətdir.

Jet Propulsion Laboratory (JPL) NASA-nın Kaliforniyadakı qərargahında yerləşən, ABŞ-ın maliyyələşdirdiyi tədqiqat və inkişaf mərkəzidir.

İlk dəfə 1936-cı ildə GALCIT Raket Layihəsi adı altında qurulan mərkəzdə müxtəlif raket təcrübələri aparıldı. Ancaq tədqiqat mərkəzi 1943-cü ilin noyabr ayında Jet Propulsion Laboratory adlandırıldı və ordu təsisatına çevrildi.

Milli.Az