Oğlu əməkdar artistə qadağalar qoydu

1 İyul 2020 07:41

Əməkdar artist Gülüstan Əliyeva oğlunun ona qoyduğu qadağalardan danışıb.

Milli.Az xəbər verir ki, müğənni övladının geyimlərinə irad bildirdiyini deyib: "Əvvəl elə bilirdim ki, maraqlanmır. Başqa sahənin adamıdır. Arada elə nüanslar oldu ki, gördüm oğlum bütün müsahibələrimi izləyirmiş. 12-13 yaşında geyimlərimə müdaxilə edirdi. Deyirdi, bu nədi qısa geyinmisən.

Böyüyəndən sonra iradlar davam etdi. Bu dəfə fərqli formada. İndi deyir yaşlı-başlı qadınsan, bu nədir geyinirsən? Ailə qurandan sonra dəyişdi. Gördüm ki, oğlumun mənə, həyata, gəldiyim həyat yoluna baxışı, fikirləri dəyişdi. İrad da tutdu bəzi halları". (publika.az)

Milli.Az