İnstagram istifadəçilərini aldadan saxtakar fenomen HƏBS OLUNDU

1 İyul 2020 05:30

Nigeriyalı saxtakar ''İnstagram'' fenomeni saxlanılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Nigeriyalı saxta ''İnstagram'' fenomeni Raymond Abbas Dubayda polis tərəfindən saxlanılıb. 38 yaşlı fenomenin mənzilindən 30 milyon sterlinqdən artıq pul ələ keçirilib. O dəbdəbəli saxta fotolarla ''İnstagram'' istifadəçilərini aldadıb.

Məsələ ilə bağlı Dubay polisi Briqadier Camal al-Calaf açıqlama verib. ''Abbas aldatdığı insanların bank hesablarını oğurlayıb. Daha sonra pulları göndərmək üçün tanınmış şirkət və bankların adına saxta web səhifələri açıb. Beləliklə, bir çox ölkənin vətəndaşlarına qarşı saxtakarlıq edərək pullarını mənimsəyib'', - deyə, o qeyd edib. Abbas ABŞ, Avropa, və Nigeriyada yaşayan insanların 350 milyon sterlinqdən artıq pullarını oğurlayıb.

Milli.Az