Axmaq pərəstişkarının günahı ucbatından həyatla vidalaşan - Dövrünün ən böyük sehrbazı Harri Qudini - FOTO

1 İyul 2020 07:35

İllüzionistlərin bu günə qədər təkrarlaya bilmədikləri fantastik fəndləri yerinə yetirən, sehrbaz Harri Qudini axmaq pərəstişkarının səfeh günahı ucbatından həyatla vidalaşıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o dövrdə onun su hovuzunda etdiyi fənd nəticəsində (əlləri, qolları bağlı suyun dibinə atılmış  qapalı qutudan çıxması) həlak olması haqqında əsassız şayiələr də dolaşıb. Əslində isə sehrbaz appendisitinin partlaması nəticəsində ölüb.  

Belə ki, 1926-cı ilin oktyabr günlərindən birində Harri, "Üçdə bir" adlı yeni şousunu nümayiş etdirdikdən sonra qrim otağında istirahət edib. İki cavan rəssam isə onun portretini çəkməklə məşğul olub. Bu zaman içəri daxil olan sehrbazın pərəstişkarı onun həqiqətən də dəmir əzələlərə sahib olub olmamasını yoxlamaq üçün onun qarın nayihəsinə üç güclü zərbə vurur. Buna hazır olmayan sehrbaz  bir anda şiddətli ağrılar içərisində qovrulur. Lakin tez bir zamanda özünü ələ alan sehrbaz hazır olduğunu söyləyərək, pərəstişkarından ona yenidən zərbə endirməyini söyləyir.

Bu absurd qəza Harrinin zədələnmiş appendisitini partladır. Lakin, böyük illüziyaçı qarnındakı dözülməz ağrılardan əziyyət çəkdiyini heç kimə göstərmədən bir neçə gün konsert verib. Sonuncu konsertdə səhnədə huşunu itirən sehrbaz təcili olaraq, xəstəxanaya çatdırılanda onun yüksək hərarəti olub. Həkimlərin bütün səylərinə baxmayaraq, Harry Qudini bir neçə gündən  sonra 52 yaşında vəfat edir.

Onun dəfni 4 noyabr 1926-cı ildə baş tutur. Harri unikal fəndi üçün (təkcə sudan deyil, həm də qumun altından çıxmaq üçün)  hazırlatdırdığı bürünc sandığa yerləşdirilərək, Nyu York şəhərində  dəfn edilir.

Milli.Az