Dövlət Vergi Xidmətində tətbiq edilən risklərin qiymətləndirilməsi sistemi yoxlamaların sayını azaldıb - İqtisadiyyat naziri

30 İyun 2020 11:45

Dövlət Vergi Xidmətində tətbiq edilən risklərin qiymətləndirilməsi sistemi yoxlamaların sayını azaldıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-aprel ayları müddətində 4 faizlik artım müşahidə edilib:

"Bu ilin yanvar- may aylarını ötən illin müvafiq dövrü ilə müqayisə etsək, cəmi daxil olmalarda 12 faizdən çox artım müşahidə edilib".

Milli.Az