Bu məşhurlar "Bayraq" filminə pulsuz çəkiləcəklər

30 İyun 2020 09:23

Rejissorluğunu Serkan Tuğcunun etdiyi və az büdcə ilə çəkilən "Bayrak 3" filminə məşhurlardan dəstək gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İskəndər Bağcılar, Mehmet Ulay və Səlahəttin Taşdöğen kimi məşhur aktyorlar ekran işində məvacib almadan rol alacaqlar.

Qeyd edək ki, aktrisa Vilma Ellesin də rol aldığı film bir kamera ilə çəkilir.

Milli.Az