Bakıda bıçaqlanma hadisəsi olub

30 İyun 2020 08:08

Bakının Qaradağ rayonunda bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü İsmayılov Fazil Teymur oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az