Qazaxıstanda yenidən sərt karantin rejimi tətbiq oluna bilər

30 İyun 2020 08:53

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar keçirilən iclasda Dövlət Komissiyasına sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər verməyi tapşırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə başçısı mövcud epidemioloji vəziyyətin sabitləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görmək barədə göstyəriş verib. Göstərişə əsasən, Dövlət Komissiyası cari ilin mart-may aylarında qüvvədə olan təkliflərə bənzər sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər hazırlayıb iki gün ərzində təqdim etməlidir.

Qeyd edək ki, mayın 11-də Qazaxıstanda məhdudiyyətlər qaldırıldıqdan sonra koronavirus infeksiyasına yoluxma hallarının sayı yeddi dəfə artıb.

Milli.Az