İyunda Ukrayna sularında 100-dən artıq insan boğulub

30 İyun 2020 08:43

İyun ayında Ukrayna sularında 100-dən artıq insan boğulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlardan 30-u yaşı 18-ə qədər olanlardır.

Ukrayna hökuməti əhalini ölkə sularından istifadə edərkən diqqətli olmağa çağırıb.

Boğulma hallarının artmasının səbəbləri əhalinin çimərliklərin qadağan olunan yerlərindən istifadə edilməsi, istirahət edərkən təhlükəsizlik qaydalarına əməl etməməsi, çaylarda sərxoş vəziyyətdə çimmək, havanın küləkli olmasına məhəl qoymamaq və sairdir.

Qeyd edək ki, hər il Ukrayna sularında yüzlərlə insan boğulur.

Milli.Az