Xaricdə qalan 20 minə yaxın Rusiya vətəndaşı vətənə qayıdacağı günü gözləyir

30 İyun 2020 08:33

Hazırda xaricdə qalan 20 minə yaxın Rusiya vətəndaşı vətənə qayıdacağı günü gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, vətənə qayıtmaq üçün qeydiyyatdan keçmiş 20 minə yaxın Rusiya vətəndaşı hələ də xarici ölkələrdə qalıb.

Xatırladaq ki, martın 27-də Rusiya beynəlxalq müntəzəm və çarter aviareyslərini tamamilə dayandırıb. Ölkənin aviaşirkətləri yalnız xaricdə qalmış Rusiya vətəndaşlarını ölkəyə qaytarmaq üçün reyslər həyata keçirirlər. Bileti Rusiya aviaşirkətlərinə olan sərnişinlər pulsuz, xarici aviaşirkətlərə olan vətəndaşlar isə məsafədən asılı olaraq 200-400 avro vəsait ödəməklə geri qaytarılır.

Milli.Az