Sabirabadda iki avtomobil toqquşub, ölən var

29 İyun 2020 21:50

Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 28-də saat 11 radələrində Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində kənd sakini Şamxal Əsgərovun idarə etdiyi "VAZ-2107" və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az