Səhiyyə Nazirliyində VAKANSİYA: Koronavirus xəstələrinə xidmət üçün həkimlərin işə qəbulu aparılır

29 İyun 2020 18:09

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Milli.Az