Ronaldonun sevgilisindən diqqət çəkən paylaşım - FOTO

29 İyun 2020 20:29

"Yuventus"un portuqal ulduzu Kriştianu Ronaldo həftə sonu sevgilisi Corcina Rodriges ilə yaxta tətilinə çıxıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki,cütlük sosial şəbəkələrdə istirahətdən fotolar paylaşıblar.

Corcinanın "Instagram" hesabından barmağında iri qaşlı üzüyü göstərərək paylaşdığı foto yeni müzakirələrə səbəb olub.

Ronaldonun argentinalı sevgilisinə evlilik təklif etdiyi iddia edilib.

Milli.Az