Soner Sarıkabadayı ata olacaq - Nişanlısı hamilədir

29 İyun 2020 19:34

Fevralda Kolumbiyanın "Gözəllik kraliçası" olan Kamelo Lopez ilə nişanlanan müğənni Soner Sarıkabadayı ata olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 41 yaşlı ifaçının övladı 3 ay sonra dünyaya gələcək.

Qeyd edək ki, Sarıkabadayı nişanlısı ilə 2015-ci ildə lentə aldırdığı "Tarifi zor" klipinin çəkilişi zamanı tanış olub.

Milli.Az