Bu meyvə MÖCÜZƏDİR - Qanı təmizləyir, şişləri məhv edir...

19 Oktyabr 2020 23:50

Qüdrət narı mədə-bağırsaq narahatlıqlarında ilk ağla gələn qidalardan hesab olunur.

Milli.Az xəbər verir ki, sözügen meyvənin vətəni Şərqi Hindistandır.

• Həzm xəstəlikləri üçün yaxşıdır

Qastrit, xora, 12 barmaq bağırsaq, mədə sistemi ilə bağlı bütün xəstəlikləri müalicə edir.

İkinci beyin hesab olunan bağırsaqlar üçün də çox faydalıdır.
Mütəxəssislər gündə bir qaşıq nar, bal və zeytun qarışımının bağırsaqlardakı qəbizlik probleminin həll edəcəyini deyir.

Bu meyvə xalis zeytun yağının içində 6 ay saxlanılır və hər səhər bir xörək qaşığına eyni çəkidə süzmə bal qarışdırılır və ac qarnına qəbul edilir.

• Şişlərin qarşısını alır

Bəzi araşdırmalara görə, qüdrət narının faydalarından biri də şişin qarşısını almaq və hüceyrə sağlamlığını qorumaqdır. Döş xərçəngi hüceyrələrində xüsusilə təsirli olduğu deyilir. Təbii antibiotikdir. Antibiotikədə olan bütün maddələr bu bitkidə mövcuddur. Eyni zamanda bədən ağrıları üçün də olduqca yaxşı təsirləri vardır.

• Qaraciyərə faydalıdır

Bu nar orqanizmdə ən çox qaraciyər üçün faydalıdır. Qaraciyərin bərpasında və təmizlənməsində mühüm rol oynayır.

Dəri xəstəlikləri üçün də yaxşıdır və bədəndəki yağları azaldır. Qan hüceyrələrini tarazlaşdırır. Çox miqdarda yeyildikdə bu nar qanda olan toksinləri çıxararaq, qan hüceyrələrini yeniləyir.

Bu şəkildə qan şəkərinin səviyyəsi də normallaşır və diabet xəstələri tərəfindən asanlıqla istehlak olunur.

• Revmatizm və varikoz həlli

Nar revmatizm və varikoz damarları üçün çox faydalıdır. İnsanlara revmatik ağrıları aradan qaldırmaqda da kömək edir. (publika.az)

Milli.Az