Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

29 İyun 2020 14:05

14:05

Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

13:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ətaziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Milli.Az