"Xiaomi" avtomobil istehsal edəcək

29 İyun 2020 15:29

Çinin mobil telefon istehsalçısı "Xiaomi" avtomobil istehsal edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda şirkət modelin hazırlanması üzərində işə başlayıb.

Yeni avtomobil barədə təfərrüatlar açıqlanmasa da, onun off-roder olacağı deyilir.

İlkin məlumatlara görə, "Xiaomi" avtomobili görünüşcə "Suzuki Jimny" və ya "Mercedes G-class"a bənzəyəcək.

Avtomobilin nə vaxt təqdim olunacağı barədə məlumat verilməyib.

Milli.Az