İngiltərə kubokunda yarımfinal cütləri bilindi

29 İyun 2020 14:34

İngiltərə kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən gün "Manchester City" "Newcastle United"ə, "Chelsea" "Leicester City"yə, "Arsenal" "Sheffield United"ə qalib gələrək yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Manchester United" - "Chelsea", "Manchester City" - "Arsenal" qarşılaşmaları keçiriləcək.

Milli.Az