Banqladeşin paytaxtı Dəkkədə Buriqanqa çayında sərnişinləri aparan bərə aşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub.
Qeyd olunur ki, bərə digər qayıqla toqquşma nəticəsində aşıb.
Həlak olanlar arasında azyaşlı uşaqlar da var. Polisin məlumatına görə, bərənin göyərtəsində 60-a yaxın şəxs olub.
Hazırda digərlərinin axtarışları aparılır.
Milli.Az