Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşdi

29 İyun 2020 11:04

Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vəkil Loğman Abdullayev bu gün saat 10:00-da Mərdəkandakı xəstəxanaların birinə köçürülüb.

O, yenidən əməliyyat olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl xəstəxanalarda yer olmadığı üçün vəkil evində cərrahiyyə əməliyyatı keçirib.

Milli.Az