BDU-nun müəllimi koronavirusdan vəfat etdi

29 İyun 2020 09:54

Bakı Dövlət Universitetinin müəllimi Nəbiyev Naqif Səftər oğlu koronavirusdan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı N.Nəbiyevin yaxınları sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.

Qeyd edək ki, N. Nəbiyev fizika fənni üzrə respublika fənn olimpiadaları münsiflər heyətinin sədri, beynəlxalq fizika olimpiada komandasının rəhbəri olub.

Milli.Az