Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
Milli.Az matc.az-a istinadən bildirir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
"İnter" bu turda "Parma"nı, "Napoli" isə SPAL-ı sınağa çəkib. Hər iki oyunda favoritlər qələbə qazanan tərəf olub.
Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi "Roma" ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
İtaliya A Seriyası
28-ci tur
26 iyun
Yuventus - Leççe 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
27 iyun
Breşiya - Cenoa 2:2
Qol: Donnarumma, 10. Semprini, 13 - Falke, 38-pen. Pinamonti, 69-pen.
Kalyari - Torino 4:2
Qol: Nandes, 12. Simeone, 17. Naynqqolan, 46. J.Pedro, 68-pen - Bremer, 60. Belotti, 66.
Latsio - Fiorentina 2:1
Qol: İmmobile, 67. L.Alberto, 83 - Riberi, 25.
28 iyun
Milan - Roma 2:0
Qol: Rebiç, 76. H.Çalhanoğlu, 89-pen.
Napoli - SPAL 3:1
Qol: Mertens, 4. Kallexon, 36. Yunes, 78 - Petanya, 29.
Sampdoriya - Bolonya 1:2
Qol: Bonatsoli, 88 - Barrov, 72. Orsolini, 75.
Sassuolo - Verona 3:3
Qol: Boqa, 53; 77. Rocerio, 90+7 - Lazoviç, 51. Stepinski, 57. Pessina, 68.
Udineze - Atalanta 2:3
Qol: Lasanya, 31; 87 - Sapata, 9. Muriel, 71; 79.
Parma - İnter 1:2
Qol: Jervinyo, 15 - De Vrey, 84. Bastoni, 87.
Milli.Az