Xızıda 4 otaqlı evdə yanğın olub

28 İyun 2020 22:56

Xızı rayonunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az