“Yuventus” “Barselona” futbolçusu ilə 5 illik müqavilə imzalayıb

28 İyun 2020 22:57

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur İtaliya "Yuventus"u ilə müqavilə imzalayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçi 5 illik anlaşmaya imza atıb.

O, 2025-ci ilin iyununa qədər Turin klubunda oynayacaq. Əks istiqamətdə - "Yuventus"dan "Barselona"ya yollanan Miralem Pyaniç artıq tibbi müayinədən keçib.

Qeyd edək ki, Artur 70, Pyaniç 60 milyon avroya transfer olunub. Hər iki transfer üçün əlavə bonuslar da nəzərdə tutulub.

Milli.Az