Tanınmış transplantoloq iş yerini dəyişdi

28 İyun 2020 15:21

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə M.Kazımi deyib.məlumat verib. O, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti ayrıldığını söyləyib:

"Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb. Bu xəstəxananın əməkdaşları fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm".

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Milli.Az