“Milan” Hakan Çalhanoğlunu 2024-cü ilədək saxlayacaq

28 İyun 2020 13:56

İtaliyanın "Milan" klubu futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, A seriyası təmsilçisi yarımmüdafiəçi üçün 3 illik anlaşma hazırlayıb.

Türkiyə millisinin 26 yaşlı futbolçusunun indiki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək Milanın eyniadlı təmsilçisində qalacaq.

Milli.Az