Sabirabadda baş verən qəzada sürücü öldü

28 İyun 2020 12:47

Sabirabadda baş verən qəzada sürücü ölüb.

Milli.Az xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib. 

"Mercedes" markalı yük avtomobili  Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 1980-ci il təvəllüdlü Əsgərov Şamxal Nazim oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Sonuncunun sürücüsü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az