Emre oyunda ağladı

28 İyun 2020 12:17

Turkiyə superliqasının 29-cu turunda "Fənərbaxça" "Yeni Malatyaspor"a 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, meydan sahibləri qələbə qolunu 90+6-cı dəqiqədə vurub. Bu qələbədə Emre Belözoğlunun rolu çox olub. 39 yaşlı yarımmüdafiəçi 62-ci dəqiqədə oyuna daxil olub və hücumların qurulmasında fəallığı ilə seçilib.

Qələbə qolundan sonra isə onun ağlaması diqqət çəkib.

Milli.Az