Robben karyerasını bərpa edir

28 İyun 2020 10:04

Hollandiyalı futbolçu Aryen Robben Niderlandın "Qroninqen" klubunda karyerasını bərpa edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Ötən ilin iyulunda A.Robben karyerasını bitirdiyini açıqlamışdı. 36 yaşlı futbolçu "Qroningenlə" birlikdə mövsüm öncəsi hazırlıqdan keçəcək. .

Qeyd edək ki, A.Robben Niderlandın "Qroningen" (2000-2002) və PSV (2002-2004), İngiltərənin "Çelsi" (2004-2007), İspaniyanın "Real" (2007-2009), Almaniyanın "Bavariya" (2009-2019) klublarında oynayıb.

Milli.Az