Bakıda qəbiristanlıq ərazisində yanğın olub

28 İyun 2020 09:38

Bakı şəhərinin Xətai rayonunda qəbiristanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az