Ağstafada bədbəxt hadisə baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Qazax sakini, 1962-ci il təvəllüdlü Abdullayev Məqsəd Bəhlul oğlu kənd ərazisində su kanalında boğlub. Onun meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az