Siyasi təşkilatın avtomobilində biabırçılıq - FOTO

27 İyun 2020 14:15

Sosial şəbəkələrdə yayılan foto etiraz doğurub.

Milli.Az haberler-ə istinadla bildirir ki, İsraildə Birləşmiş Millətlər Təşkilatına məxsus avtomobildə əxlaqsızlıq edilib. Avtomobildəki qırmızı donlu qadının kostyumlu kişinin qucağında oturması birmənalı qarşılanmayıb.

Avtomobilin BMT-yə aid olması səbəbindən məsələ ilə bağlı araşdırma aparılır.

Görüntülər Tel-Əviv şəhərində çəkilib və 18 saniyədən ibarətdir.

BMT-nin baş katibinin sözçüsü Stefan Dujarric "BBC"-yə açıqlama verərək kadrları "iyrənc" adlandırıb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az