Tesla-nın yeni modeli 7 nəfərlik olacaq

30 İyun 2020 22:50

Tesla Model Y Krossoveri yaxın vaxtlarda yeddi yerlik salonla istehsal olunacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Tesla-nın rəhbəri Elon Musk özünün Tvitter  hesabında məlumat verib. O bildirib ki, yeddi yerlik Tesla Model Y krossoveri bu ilin oktyabr ayında təqdim edilə bilər.

Tesla hələlik Model Y krossoverinin yeddinəfərlik salonunun şəkillərini dərc etmədiyinə görə, üçüncü cərgədəki oturacaqların düzülüşü sirr olaraq qalır.

Qeyd edək ki, elektromobilin salonunda o qədər də geniş məkan mövcud deyil. Mütəxəssislərin fikrincə, hərəkətin əksi istiqamətində yerləşdirilmiş oturacaqlardan istifadə olunacaq.

Milli.Az