Türkiyə ATAK helikopterlərindən istifadə edəcək

30 İyun 2020 23:50

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) ölkənin Türkiyə ordusuna 57-ci T129 ATAK hücum helikopterini təhvil verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bununla yanaşı, bu il Türkiyə ordusuna helikopterin Faz-II versiyasının da təhvil veriləcəyi planlaşdırılıb. Helikopterin bu növündə yeni radarlar var və REM vasitələri yenilənib.

İlkin mərhələdə isə Türkiyə qoşunlarına 21 helikopter təhvil veriləcək.

Milli.Az