Ekspert bu funksiyanın təhlükəsindən danışdı: Smartfonun Bluetooth-u qoşuludursa...

30 İyun 2020 23:15

Ekspert Bluetooth funksiyasının smartfonlar üçün necə zərərli ola biləcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Bluetooth-un qoşulu qalması qacetin sürətli enerji sərfiyyatına, həmçinin görünməyən fırıldaqçıların hücumuna səbəb ola bilər.

Avast şirkətinin rəqəmsal təhlükəsizlik üzrə baş mühəndis-proqramçısı Voitex Boçekin sözlərinə görə, Bluetooth qoşulu qaldıqda, qısa müddət ərzində aşkarlama rejiminə keçir. Beləliklə, istifadəçi şəbəkədə başqa qurğuya qoşula bilər, bu isə avtomatik olaraq dələduzların hücumuna məruz qalma riskini artırır.

Ekspert qeyd edib ki, funksiya faylın qəbul edilməsindən və ya digər qurğularla əlaqə qurmadan əvvəl aktiv olarsa, istifadəçilər bu hərəkətləri təsdiq etməlidirlər. Pop-up bildirişləri narahatçılığa və yayınmağa səbəb ola bilər, buna görə də bu funksiyanı tamamilə söndürmək məsləhət görülür.

Kiberhücumların keçirilməsi üçün, Bluetooth adapterinin MAS-ünvanını quraşdırmaq kifayətdir, qacet görünən vəziyyətdə olanda bunu etmək daha asandır. Şəbəkənin bir neçə boşluğu var, lakin bu barədə narahat olmağa dəyməz, çünki texnoloji imkanlar və funksiyanın versiyaları daim yenilənir.

Milli.Az